Azad Rəhimov Abşeron rayonunda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov dekabrın 11-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbulda Abşeron, Sumqayıt, Xızı, Şamaxı, Qobustan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, 9-cu mikrorayon, Heydər Əliyev parkının ərazisi) başlayacaq.
Vətəndaşlar qəbula gəlmək üçün Abşeron (050 397-12-00, 055 511-25-04), Sumqayıt (055 622-29-30, 050 532-46-94), Xızı (055 226-04-76), Şamaxı (050 391-57-88, 055 697-22-22), Qobustan (050 884-11-88, 050 484-33-34) şəhər-rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
1news.az
583