Mübariz Əhmədoğlu: Rusiya hüquqi dəlil gözləmədən separatçıları Azərbaycana verməlidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiya hüquqi dəlil gözləmədən separatçıları Azərbaycana verməlidir

16:20 - 13 / 12 / 2017
Mübariz Əhmədoğlu: Rusiya hüquqi dəlil gözləmədən separatçıları Azərbaycana verməlidir

Onları ağılsız, sarsaq adamlar kimi qəbul etmək lazımdır. Əgər ağılları olsaydı ilk növbədə öz qohum-əqrabalarından, öz ailələrindən, öz yerlilərindən üzr istəyərdilər.

Bunu 1news.az-a açıqlamasında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu əslən talış olan Fəxrəddin Aboszadə, Zabil Məhərrəmov və digər şəxslərin erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı separatçılıqla məşğul olmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əgər Zabil Məhərrəmov Yerevandan Moskvaya köçübsə bu o deməkdir ki, bu şəxs o qədər aşağı səviyyəli insandır ki, hətta ermənilər belə ona və onun kimilərinə yiyə durmur:

“Məlumdur ki, ermənilər dünyanın hansı yerində anti-Azərbaycan qüvvə varsa ona külli miqdarda vəsait sərf edərək əməkdaşlıq etməyə can atır. Fəxrəddinlə Zabil gör nə səviyyədə adamlardır ki, ermənilər pul verib onlarla işləmək istəmədi və Ermənistan rəhbərliyi demək olar ki, onları Ermənistandan qaçmağa məcbur elədi.

Təbii ki, onlar başa düşürlər ki, Rusiyadakı, xüsusən də Moskvadakı erməni lobbisi kifayət qədər güclüdür və kifayət qədər maliyyə imkanları var. Buna görə də onlarla əməkdaşlığa başlayıblar. Lakin əminliklə deyə bilərəm ki, bu da müvəqqətidir. Moskvadakı ermənilər də başa düşəcəklər ki, bunlar boş və məntiqsiz adamlardılar”.

Azərbaycanda nə talışların, nə də digər etnik qrupların heç bir probleminin olmadığını deyən politoloq ölkəmizdə milli azlıqların hüquqlarının tam təmin olunduğunu söyləyib:

“Əgər cəmiyyətimizdə hansısa bir problemimiz, çətinliyimiz varsa bu sırf cəmiyyətə aid olan bir məsələdir, hansısa bir etnik qrupa qarşı ayrı-seçkilik edilmir. İranda talışların sayı Azərbaycana nisbətən azı beş dəfə çoxdur. Lakin İranda bir dənə də olsun talış dilini tədris edən məktəb, mətbu orqan yoxdur. Azərbaycanda isə talışlara qarşı çox yaxşı münasibət var. Telekanallarımızda və radiolarımızda, xüsusən də İctimai kanalda ölkəmizdə yaşayan etnik azlıqlarla bağlı müxtəif verilişlər hazırlanır, kim istəyir çıxış edir.

Buna baxmayaraq bu talış əsilli separatçıların anti-Azərbaycan ideyaları artıq əndazəni aşıb. Əslində isə onlar özləri özlərini ifşa ediblər. Misal üçün, İsmayıl Şabanov adlı digər separatçı şəxs yazır ki, Azərbaycan hökuməti milli azlıqlara etibar etmir, ona görə də onları orduya aparmır, aparanda da ön xəttə buraxmır. Guya ki, ön xəttə buraxanda ermənilərin tərəfinə keçəcəklərindən ehtiyat edir.

Qusardan olan Çingiz Qurbanov şəhid olanda isə car çəkdi ki, qoşunların təmas xəttində ölənlər ancaq milli azlıqların nümayəndələridir. Yəni, bir-birinə zidd, heç bir əsası olmayan fikirlər səsləndirir. Nəticədə İsmayıl Şabanov və digər separatçılar özlərini o dərəcədə rüsvay elədilər ki, hətta ermənilər belə onlara sahib çıxmadı.

Bundan başqa Rusiyada bəzi azərbaycanlılar var ki, İranın güclü dini təsiri altındadırlar. Onların böyük əksəriyyəti bizim cənub zonasından çıxan adamlardır”.

M.Əhmədoğlunun sözlərinə görə, Rusiya tərəfi yaranmış vəziyyəti düzgün qiymətləndirməli və nəzərə almalıdır ki, belə insanların məqsədi Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaqdır:

“Bu gün separatçı qüvvələr toxumu əkiblər. Gələcəkdə bu toxumlardan iki ölkə arasında münasibətlər üçün gərginlik yaradan cücərtilər inkişaf edəcək. Buna yol verməmək üçün Rusiya hökuməti Azərbaycan hökumətinin birinci müraciəti əsasında orada separatçılıqla məşğul olan bütün adamları Azərbaycana verməlidir. Əks təqdirdə onlar tək Ermənistanın deyil, digər iri dövlətlərin də əlində alət olaraq Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirə bilərlər.

Digər tərəfdən bu gün Rusiya-Azərbaycan münasibətləri elə bir səviyyədədir ki, Rusiya Azərbaycandan heç hüquqi dəlil gözləməməlidir. Siyasi arqument kifayət qədər güclüdür ki, separatçı şəxləri Azərbaycana versin və yaxud da özü onların fəaliyyətinə qadağa qoysun”.

Babək Cahandarov

Paylaş:
587

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər