Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd edilib

21:39 - 13 / 12 / 2017
Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd edilib

Bakıda Qazaxıstan Respublikasının Müstəqillik Günü qeyd edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bu münasibətlə təşkil edilmiş qəbulda çıxış edərək, ölkəsinin müstəqillik əldə etdiyi 26 il ərzində onun keçdiyi yoldan danışıb. O, Qazaxıstan-Azərbaycan münasibətlərinə toxunaraq bildirib ki, strateji səviyyəyə yüksələn bu münasibətlərin böyük perspektivləri var.

Energetika naziri Pərviz Şahbazov Azərbaycan hökuməti adından çıxış edərək deyib ki, müstəqillik illərində ölkələrimiz əhəmiyyətli uğurlara nail olaraq, öz regionunda mühüm dövlətlərə çevriliblər. Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan P.Şahbazov qeyd edib ki, hazırda bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. O, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin aprelində Bakıya rəsmi səfərini xatırladaq diqqətə çatdırıb ki, iki dövlətin başçısı qarşıya əmtəə dövriyyəsinin həcmini iki dəfə artırmaq vəzifəsi qoyub. Nazir deyib: “Azərbaycan ilə Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın bu günlərdə Bakıda keçirilmiş 14-cü iclasında bütün əməkdaşlıq sahələrini əhatə edən tədbirlər planı qəbul edilib“.

Qəbulda Bakıda akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

1news.az

Paylaş:
651

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər