Gəncədə qaz sızmasından partlayış olub, 14 yaşlı oğlan xəsarət alıb
Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib.
S.Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
S.Xankişiyeva
702