Azərbaycan xalqı öz gələcəyini Prezident İlham Əliyevlə görür | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan xalqı öz gələcəyini Prezident İlham Əliyevlə görür

16:34 - 21 / 12 / 2017
Azərbaycan xalqı öz gələcəyini Prezident İlham Əliyevlə görür

Azərbaycanda son illər müxtəlif sahələrdə həyata keçirilən islahatlar insanlar tərəfindən razılıqla qarşılanıb. Xüsusilə neftin ucuzlaşmasından və  manatın öz dəyərini itirməsindən sonra qeyri-neft sektorunun inkişafının prioritet seçilməsi artq öz bəhrəsini verməkdədir.  Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafını diqqətdə saxlayır, mütamadi olaraq regionlara səfərlər edərək yerli sakinlər, fermerlər, sahibkarlarla görüşərək onların problemlərini, təkliflərini dinləyir. Daha sonra isə həmin problemlərin aradan qaldırılması üçün operativ şkildə tapşırıqlarını verir. Bütün bu görülən tədbirlər əhalinin güzəranının daha da yaxşılaşmasına, sahibkarlığın inkişafına səbəb olub.

Dövlət başçısının həyata keçirdiyi yalnız daxili siyasəti deyil, həmçinin xarici siyasəti də xalq tərəfindən rəğbətlə qarşılanır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycanın bu gün beynəlxalq aləmdə özünəməxsus yeri, mövqeyi formalaşıb. Ölkəmiz regionun aparıcı dövləti olmaqla yanaşı, dünyada da nüfuz sahibinə çevrilməkdədir.

Son günlər müstəqil xarici və yerli təşkiltların apardığı sorğuların nəticələri insanların dövlət başçısının siyasətinə yüksək faizlə dəstək verdiklərini bir daha sübut edir. Belə ki, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu aparılıb.

Tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında ekspress rəy sorğusu şəklində ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) keçirilib. Tədqiqat respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə (face to face) keçirilən rəy sorğusu formasında aparılıb və 18 və bundan yuxarı yaşlı əhalini əhatə edib. Ümumilikdə sorğu zamanı 4560 respondentin rəyi öyrənilib.

Sorğunun nəticələrinə əsasən Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini qiymətləndirən respondentlərin 92,8%-i vəziyyəti sabit kimi qiymətləndiriblər. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə hansı istiqamətdə inkişaf etməsinə gəlincə, respondentlərin 83,7%-i inkişaf istiqamətini düzgün, 4,8%-i yanlış kimi qiymətləndiriblər. Rəyi soruşulanlarm 11,5%-i cavab verməkdə çətinlik çəkiblər.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti dəstəkləyənlər 91,4%, daxili siyasətini dəstəkləyənlər isə 84,7% təşkil edib.

Sorğu zamanı respondentlərə gələn həftə Prezidenti seçkiləri keçiriləcəyi halda, ölkə Prezidenti İlham Əliyevə səs verəcəklərinə dair sual verilib. Rəyi soruşulanların 85,2%-i İlham Əliyevə səs verəcəklərini bildirib.

Xatırlatmaq yerinə düşər ki, bu yaxınlarda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Nideraldın ING maliyyə holdinqinin tərəfdaşı olan ACT LLC humanitar təşkilatı da Azərbaycanla bağlı sorğu aparıb. ING maliyyə holdinqinin analitik məruzəsində yer alan sorğunun nəticələrində maraqlı məqamlar yer alıb. Məlum olub ki, rəyi soruşulanların 81 faizi hökumətə etibar edir.

Araşdırmanın nəticələrinə əsasən vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.Beləliklə, bu gün Azərbaycan seçicisi ölkə Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və Prezidentin fəaliyyətinə böyük ümid bəsləyir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev hesab edir ki, bu cür sorğular keçirilməsə belə, xalqın Prezident İlham Əliyevə olan yüksək inam və etimadına zərrə qədər də şübhə yoxdur.  Onun sözlərinə görə, Azərbaycanın hansı şəhərinə, kəndinə gedib insanlardan “Ölkənin gələcəyini kiminlə görürsünüz”, deyə soruşulsa, birmənalı şəkildə cavab  belə olacaq: “İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasətində”. Yəni bu gün İlham Əliyevin gördüyü işlər Azərbaycan xalqının böyük əksəriyyətinin, 99 faizin dəstəyini qazanıb.

M.Quliyev bildirib ki, bundan əvvəl keçirilən seçkilərin hər zaman müşahidə edib və insanların İlham Əliyevi ömürlük prezident seçmək barədə arzularını eşidib: “Bu, insanların ürəyindən gələn, cənab Prezidentə inamlarından qaynaqlanan bir istəkdir. Belə sorğular bundan sonra da çox keçiriləcək, onun obyektivi də, qeyri obyektivi də, müəyyən xarici dairələrdən maliyyələşəni də olacaq. Amma əsas olanı budur ki, biz xalqın İlham Əliyevə inamının, güvəninin, onu yenidən özünə rəhbər görmək istəyinin şahidiyik.  İnşallah gələn ilin oktyabrında keçiriləcək seçkilərdə xalq bu inamını, etimadını bir daha ifadə edəcək. Bütün bunlar dövlət başçısının fəaliyyətinin nəticədir. Prezident təkcə 10 milyonluq Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının lideridir və dünyanın hər yerində  olduqca böyük nüfuzu, reytinqi var. Onun beynəlxalq aləmdə apardığı uğurlu siyasət, Azərbaycanın dünyada bir nüfuz mərkəzinə çevrilməsi üçün gördüyü işlər, xüsusən son dövrlərdə Bakı-Tbilisi-Qars dəmiryolunun açılması, neft müqavilərinin yenilənməsi, Azərbaycanda dini həmrəylik, multikultiralizm, humanitar siyasətlə bağlı forumların keçirilməsi, idman və mədəniyyət tədbirləri, iqtisadiyyatla bağlı müxtəlif ölkələrdə təmsilçilik, daxili sabitlik, iş yerlərinin açılması, iqtsadi- sosial rifahın təmini sahəsində gördüyü işlər göz önündədir. Bütövlükdə cənab Prezidentin siyasəti Azərbaycan xalqına ləyaqətlə, şərəflə xidmət etməkdən ibarətdir”.

Millət vəkili əlavə edib ki, dövlət başçısı 2014-cü ildə Azərbaycanda post neft erasının başladığını elan etdi: “Prezident İlham Əliyev bildirdi ki, bundan sonra öz iqtisadiyyatımızın uğurlarını qeyri- neft sektorunun inkişafı ilə bağlı görəcəyik. Dövlət başçısı dediyi sözü əməli işi ilə həyta keçirən liderlərdəndir. Ona görə də xalq inanır ki, cənab Prezident nə deyibsə, onu edəcək. Daha sonra 11 istiqamət üzrə strateji yol xəritələri işlənib hazırlandı. İqtisadiyyat, xüsusilə kənd təsərrüfatı, nəqliyyat, informasiya kommuikasiya texnologiyaları, turizm sektoru canlanmağa başladı və bu il Azərbaycanın ÜDM-nin 75 faizi qeyri -neft sektorunun hesabınadır. Manat artıq sabitləşib, Azərbaycan bütün dünyada cərəyan edən bu böhrandan ən az ziyanla çıxan ölkə oldu. Bu il manat tamamilə sabitləşib və proqnozlar göstərir ki, budan sonra da manat möhkəmlənməkdə davam edəcək.  Bir daha vurğulamaq istəyirəm ki, bütün bunlar xalqımızın gözünün qarşısında baş verir. Xalq da bunu görür, qiymətləndirir və öz gələcəyini də Prezidentin fəaliyyətinə bağlayır”.

1news.az

 

Paylaş:
5683

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər