Azərbaycan vətəndaşı bu gününü və sabahını İlham Əliyevlə görür | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan vətəndaşı bu gününü və sabahını İlham Əliyevlə görür

15:54 - 22 / 12 / 2017
Azərbaycan vətəndaşı bu gününü və sabahını İlham Əliyevlə görür

Gələn il Azərbaycan dövlət müstəqilliyinin 100-ci ildönümünü qeyd edərkən ölkənin ictimai-siyasi həyatında daha bir vacib hadisə baş verəcək. Azərbaycanda Prezident seçkiləri keçiriləcək. 

Adətən belə bir əhəmiyyətli hadisə ərəfəsində seçiciərin əsas namizədlərə və partiyalara dəstəyini proqnozlaşdırmaq üçün rəy sorğuları aparılır.

Bu günlərdə “ELS- Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin ölkədə ictimai-siyasi vəziyyətin qiymətləndirilməsi, seçicilərin fəallığı və ümumilikdə əhalinin aktual məsələlərə münasibəti baxımından nəticələri böyük maraq doğuracaq sosioloji tədqiqat aparıb.

Tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında ekspress rəy sorğusu şəklində ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) keçirilib, 18 və bundan yuxarı yaşlı əhalini əhatə edib. Ümumilikdə sorğu zamanı 4560 respondentin rəyi öyrənilib.

Yüksək qiymət

Araşdırmanın əsas nəticəsi, şübhəsiz ki, Azərbaycan seçicisinin dövlət başçısına yüksək dərəcədə etimadını göstərdi. Sorğu zamanı respondentlərə “Gələn həftə ölkədə Prezidenti seçkiləri keçirilsə, kimə səs verərsiniz?” sualı verilib. Rəyi soruşulanların 85,2%-i İlham Əliyevə səs verəcəklərini bildirib.

Növbəti mərhələdə rəyi soruşulanlara ölkə Prezindentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi təklif olunub. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti 91,4% dəstəkləyib.

Respondentlərin 92,8%-i ölkədəki vəziyyəti sabit kimi qiymətləndiriblər. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə düzgün inkişaf etdiyini və Prezidentin daxili siyasətini respondentlərin 83,7%-i dəstəkləyib.

Bu rəqəmlər Azərbaycan xalqının Prezident İlham Əliyevə verdiyi qiyməti əks etdirir. Onun fəaliyyəti dövründə ölkənin həyatında çox vacib hadisələr baş verib ki, bu da xüsusilə bu sorğunun əksini tapıb.

- Ötən ilin aprel döyüşləri və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Çocuq Mərcanlının geri qaytarılması - 67,4%

- Mehriban Əliyevanın Birinci vitse-prezident seçilməsi -62,9%

 -Bakı-Tbilisi-Kars dəmir yolunun açılışı - 59,3%,

- ASAN Xidmət mərkəzlərinin açılışı və uğurlu fəaliyyəti - 57,6%

-yeni infrastrukturun yaradılması -51,6%

-yeni məktəblərin tikilməsi və açılışı / yeni uşaq bağçalarının açılışı -43,9%

- beynəlxalq müsabiqələr /yarışlar /tədbirlərin keçirilməsi -35,4

-yeni iş yerlərinin açılması- 34,8%,

- bölgələrə gedən yolların bərpası 34,6%

-rayonların qazlaşdırılması -31,2%

Eyni zamanda rəyi soruşulanlar turizmin inkişafı və xarici turistlərin ölkəyə axınını, müxtəlif festivalları qeyd edən respondentlər bu tədbirlərin məhz Azərbaycanın iqtisadiyyatının, o cümlədən daxili turizmin inkişafı, beynəlxalq arenada tanınması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndiriblər. Qeyd olunan amillər sırasında kənd təsərrüfatının, o cümlədən pambıqçılığın, baramaçılığın və tütünçülüyün inkişafı da qeyd olunmuşdur.

Sorğu zamanı respondentlərə Azərbaycanda mütəmadi olaraq keçirilən seçkilərdə iştiraklarına dair sual verilib.

Rəyi soruşulanların 67,2%-i seçkilərdə həmişə iştirak etdiklərini qeyd ediblər.

Xatırlatmaq yerinə düşər ki, bu yaxınlarda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Nideraldın ING maliyyə holdinqinin tərəfdaşı olan ACT LLC humanitar təşkilatı da Azərbaycanla bağlı sorğu aparıb. ING maliyyə holdinqinin analitik məruzəsində yer alan sorğunun nəticələrində maraqlı məqamlar yer alıb. Məlum olub ki, rəyi soruşulanların 81 faizi hökumətə etibar edir.

Araşdırmanın nəticələrinə əsasən vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.Beləliklə, bu gün Azərbaycan seçicisi ölkə Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və Prezidentin fəaliyyətinə böyük ümid bəsləyir.

Yalnız dünən məlum oldu ki, Azərbaycanda prezident seçkiləri 2018-ci il oktyabrın 17-də keçiriləcək. Bu tarix 2018-ci il 20 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə təsdiqlənib və gələn il üçün iş təqvimində göstərilib.

Təqvimdə göstərildiyi kimi Azərbaycanın Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən seçki (referendum) günü qeyri-iş günü hesab olunur. hesab olunur.

Ekspert rəyi

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin yüksək fəaliyyəti nəticəsində son illər Azərbaycanın beynəlxalq nüfuzunun artmasında çox ciddi addımlar atılıb. Ölkəmizdə transmilli layihələr həyata keçirilib ki, dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə həmin layihələr Azərbaycanı qlobal nəqliyyat, enerji qovşaqlarının mərkəzinə çevirib.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan bu gün dünyanın bir çox mühüm hadisələrinin, proseslərinin müzakirə olduğu mühüm platformadır: “Azərbaycanın tolerant imicinin dünyaya yayılması və formalaşmasında cənab Prezidentin rolu əvəzsizdir. Bu illər ərzində ölkəmizin tanıtımı, strategiya hədəflərinə çatması ilə bağlı çox mühüm addımlar atılıb. Təkcə son il ərzində həyata keçirilən işlər, atılan addımları dəyərləndirsək, görülən işlərin qlobal miqyasını qiymətləndirə bilərik.

Bura “Əsrin Müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrasının uğurla başa çatmasını əlavə etmək olar. Eyni zamanda Azərbaycan Prezidentinin təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq platformaları həyata keçirilib ki, bu platformalar çərçivəsində əməkdaşlıq ölkəmizə önəmli perspektivlər vəd edir. Baş redaktor kimi ölkə Prezidentinin mətbuata göstərdiyi diqqət və qayğını qiymətləndirməyə bilmərəm. Bildiyiniz kimi Azərbaycan prezidentinin təşəbbüsü ilə mətbuatın inkişafı ilə bağlı konsepsiya hazırlanıb, 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb ki, fond vasitəsilə həyata keçirilən layihələr medianın inkişafı üçün çox önəm daşıyır. Bu aralıq dövrdə Azərbaycan mətbuatının ayaq üstə qalmasına çox ciddi dəstək göstərib. Bundan əlavə jurnalistlərin sosial, mənzil problemlərinin həlli ilə bağlı çox ciddi addımlar atılıb. Bu aspektdən çox şübhəsiz ki, təsadüfi deyil ki, Azərbaycan mətbuatı dövlət başçısını özünün dostu seçib və Prezident mətbuat arasında real mənzərəni beynəlxalq ictimaiyyətə çatdırıb. Əminəm ki biz Azərbaycanı bundan sonra da daha da qlobal miqyasda tanınması və inkişafının şahidi olacağıq”.

1news.az   

 

 

 

 

 

 

 

 

Paylaş:
1228

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər