Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib

20:19 - 22 / 12 / 2017
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.

1news.az-ın məlumatına görə, Komitə sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman Qurban oğlu İsmayılov icraçı direktor vəzifəsinə təyin edilib. M.Q.İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musa oğlu Musayev Fondun Himayəçilər Şurasının sədri, üzvlüyünə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahibə Əli qızı Qafarova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Məmmədiyyə qızı Sofiyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Həşim oğlu Kərimli və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Vaqif oğlu Quliyev  təyin ediliblər.        

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin bu ilin oktyabr ayının 10-da ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə imzaladığı Fərmana əsasən yaradılıb.

1news.az

Paylaş:
572

Son xəbərlər

DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunubBu gün, 10:44“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:41Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:24Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11
Bütün xəbərlər