İsmayıl Seragəldin: Azərbaycan Qərblə müsəlman dünyası arasında körpü ola bilər | 1news.az | Xəbərlər
Siyasət

İsmayıl Seragəldin: Azərbaycan Qərblə müsəlman dünyası arasında körpü ola bilər

19:42 - 23 / 12 / 2017
İsmayıl Seragəldin: Azərbaycan Qərblə müsəlman dünyası arasında körpü ola bilər

Azərbaycan Qərblə müsəlman dünyası arasında körpü ola bilər.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Dünya Bankının sabiq vitse-prezidenti, Misirin İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin deyib.

O deyib: “Ölkə getdikcə daha çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan bu tədbirlərə aktual problemlərin həlli üçün bir çox ölkənin və mədəniyyətin təcrübəsini cəlb edir”.

İsgəndəriyyə kitabxanasının direktoru Azərbaycanı əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu unikal ölkə hesab edir: “Azərbaycan demokratik Konstitusiya qəbul etmiş, hələ 1918-ci ildə qadınlara səs hüququ verən ilk ölkə olub. Təəssüf ki, ölkə 1920-ci ildə Sovet İttifaqına birləşdirildi, amma bu qısamüddətli tarixlə fəxr etmək olar. 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra isə Azərbaycan qadınların bütün hüquqlara sahib olduğu çiçəklənən ölkəyə çevrildi”.

O həmçinin qeyd edib ki, Azərbaycan ekstremizmin və terrorçuluğun bütün formalarına qarşı fəal mübarizə aparır: “Radikal axınların öz mövqelərini möhkəmləndirdiyi əhalisinin böyük əksəriyyətinin müsəlmanların olduğu bəzi ölkələrlə müqayisə etdikdə görürük ki, Azərbaycan hökuməti ölkədə sabitliyi və çiçəklənməni təmin edib”.

O vurğulayıb ki, Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmaqla bərabər dinindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər səviyyədə yanaşan dünyəvi dövlətdir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmçinin, adı beynəlxalq qarşılıqlı anlaşma və digər mədəniyyətlərə hörmət anlayışları ilə birgə səslənən, Azərbaycan millətinin ən məşhur nümayəndələrindən biri olan XII əsr filosofu və şairi Nizami Gəncəvinin yüksək tolerantlıq dəyərlərini hamıya xatırladır”.

İ.Seragəldin deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bakı Qlobal Forumunda, eləcə də günümüzün vacib məsələlərinin müzakirə olunduğu digər mötəbər layihə və tədbirlərdə hörmətə layiq iştirakçı qismində iştirak edir: “Bu tədbirlərdə immiqrasiya, Avropaya inteqrasiya, sülh çağırışları, mədəniyyətlərarası dialoq, tolerantlıq və bir çox digər məsələlər müzakirə olunur”.

S.Xankişiyeva

 

Paylaş:
545

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər