Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında əlaqələr səmərəli qurulub | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında əlaqələr səmərəli qurulub

15:25 - 10 / 01 / 2018
Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında əlaqələr səmərəli qurulub

2017-ci ilin dekabr ayı ərzində Müdafiə Nazirliyi ilə müxtəlif dövlət, icra hakimiyyəti strukturları, eləcə də yerli və xarici qeyri-hökumət təşkilatları, ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzuda tədbir və layihələr icra olunub.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən  ictimaiyyətlə əlaqələr sahəsində 2017-ci ilin dekabr ayı ərzində nə kimi tədbirlərin həyata keçirilməsi ilə bağlı sorğuya cavabda bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəmkir, Ağdaş, Göygöl, Füzuli, Beyləqan, Bərdə, Tovuz, Qazax, Qusar və Xocavənddə 13 hərbi-vətənpərvərlik tədbiri keçirilib.

Dekabr ayında Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, YAP Nəsimi və Nizami rayon təşkilatları, İRƏLİ” İctimai Birliyi, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyi və digər qurumların nümayəndələrinin iştirakı ilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 20-dən artıq tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Dekabr ayında ictimailəşdirilməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən 127 rəsmi məlumat, 83 foto, 4 video material hazırlanaraq kütləvi informasiya vasitələrinə ötürülüb, media nümayəndələrinin 7 sualı cavablandırılıb. Televiziya kanalları tərəfindən çəkilişlər aparılmasına 3 icazə məktubu verilib, təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya kanalları və informasiya agentlikləri Bakıda və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə keçirilən 12 tədbirə dəvət olunub.

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

1news.az

 

 

 

Paylaş:
570

Son xəbərlər

Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaq - FOTOBu gün, 11:03Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52Nyu-York birjasında təbii qazın qiyməti azalıbBu gün, 10:44Bakıda 10 min manatlıq daş kəsən mişarlar oğurlayan dörd nəfər saxlanılıbBu gün, 10:37Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıbBu gün, 10:34“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03
Bütün xəbərlər