NATO Ali komandanı Azərbaycana təşəkkür etdi | 1news.az | Xəbərlər
Siyasət

NATO Ali komandanı Azərbaycana təşəkkür etdi

15:52 - 15 / 01 / 2018
NATO Ali komandanı Azərbaycana təşəkkür etdi

Azərbaycanın  NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin Ali Komandanı ordu generalı Körtis Skaparroti ilə görüş keçirib.

1news.az-a  XİN-in mətbuat xidmətindən verilən məlumata görə,  Q. Məmmədov Azərbaycanda aparılan müdafiə islahatları, NATO ilə qarşılıqlı operativ uzlaşmanın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və regionda vəziyyət haqqında həmsöhbətinə məlumat verib.

General Skaparroti Azərbaycan tərəfinin NATO ilə tərəfdaşlıqda əldə etdiyi tərəqqini və Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” əməliyyatına Azərbaycanın töhfəsini yüksək qiymətləndirib. NATO tərəfi Azərbaycan Prezidenti  İlham Əliyevin NATO-ya 2017-ci ilin 24 noyabr tarixində səfəri zamanı verdiyi bəyanata uyğun olaraq, “Qətiyyətli Dəstək” əməliyyatına əlavə qoşun göndərilməsinə görə təşəkkür ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

P.Sultanova

 

Paylaş:
870

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər