Bu qəsəbədə ölmək qadağan edilib  – FOTO | 1news.az | Xəbərlər
Dünya

Bu qəsəbədə ölmək qadağan edilib  – FOTO

16:48 - 15 / 01 / 2018
Bu qəsəbədə ölmək qadağan edilib  – FOTO

Norveçin Longyearbyen qəsəbəsində ölmək qadağan edilib.

Əgər bu qəsəbəyə gəldikdə insan ağır xəstəliyə düçar olarsa, dərhal təyyarəyə mindirilərək həyatının son günlərini başqa şəhərdə keçirməsi üçün göndərilir. Əgər təyyarəyə çatmayan xəstə vəfat etsə belə burada dəfn edilə bilməz.

Cəmisi 1500 nəfər əhalisi olan qəsəbədə ölməyin qadağan edilməsinin səbibi buranın həddindən artıq soyuq olmasıdır.

Belə ki, 1917-ci ildə qəsəbənin çox hissəsi həlak olur. Araşdırmalar aparılaraq məlum olur ki, bunun səbəbi 70 il əvvəl qəsəbədə vəfat edən bir cəsədin cürüməməsi, bundan dolayı epidemiya yaranması ilə əlaqədardır.

Belə ki, havanın çox soyuq olmasına baxmayaraq epidemiya heç bir təsirə məruz qalmayaraq insanları təhlükəyə atır. Buna görə də elm adamları bu qəsəbədə dəfn işlərini aparılmasını belə qadağan edir.

S.Xankişiyeva

Paylaş:
1165

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər