“Airbus” təyyarə sifarişlərinin sayına görə “Boeing”i üstələyib | 1news.az | Xəbərlər
Dünya

“Airbus” təyyarə sifarişlərinin sayına görə “Boeing”i üstələyib

21:14 - 15 / 01 / 2018
“Airbus” təyyarə sifarişlərinin sayına görə “Boeing”i üstələyib

2017-ci ildə təyyarə sifarişlərinin sayına görə “Airbus” şirkəti “Boeing” şirkətini üstələyib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ötən il Fransanın “Airbus” şirkəti 1109 təyyarə sifarişini qəbul edib və 718 təyyarə sifarişini yerinə yetirib. ABŞ-ın “Boeing” şirkəti isə 912 təyyarə sifarişi qəbul edib.

“Airbus” şirkəti 2017-ci ilin son aylarında 49,5 milyard dollar dəyərində 430 təyyarə sifarişini qəbul etdikdən sonra “Boeing” şirkətini üstələyib.

1news.az

Paylaş:
646

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər