Mübariz Əhmədoğlu: E.Nalbandyan həm diplomat, həm sərkərdə və həm də kriminal avtoritetin şəyirdidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: E.Nalbandyan həm diplomat, həm sərkərdə və həm də kriminal avtoritetin şəyirdidir

10:31 - 15 / 01 / 2018
Mübariz Əhmədoğlu: E.Nalbandyan həm diplomat, həm sərkərdə və həm də kriminal avtoritetin şəyirdidir

Bütün Ermənistan rəhbərliyi ilin sonunda hərbi hissələrə baş çəkirlər. Bu Ermənistanın siyasətə deyil, gücə üstünlük verdiyini sübut edir.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib:

“ER xarici işlər naziri E.Nalbandyan ilin son günlərinin birində hərbi hissəyə baş çəkdi. O Ermənistan ordusunu regionun ən baş tutmuş və ən döyüş qabiliyyətli ordusu adlandırdı. Xüsusi olaraq qeyd edək ki, ilin sonunda hərbi hissəyə baş çəkmək E.Nalbandyanda ənənə halını alıb. E.Nalbandyanın bu hərəkəti diplomatik tənzimlənməyə çalışmadıqlarının, diplomatik tənzimlənmədəki uğursuzluqların etirafıdır.

Bütün Ermənistan rəhbərliyi ilin sonunda hərbi hissələrə baş çəkirlər. Bu Ermənistanın siyasətə deyil, gücə üstünlük verdiyini sübut edir”.

Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun heç zaman hərbi hissəyə baş çəkmədiyini deyən politoloq bildirib ki, eləcə də bu fikir bütün Azərbaycan rəhbərliyinə şamil edilə bilər.

Qeyd olunub ki, ABŞ  kriminal-avtoritet Robsonu (Ruben Tatulyan) sanksiya siyahısına daxil etdikdən sonra onun ER XİN-nin rəsmi əməkdaşı olduğu, Ermənistana məxsus diplomatik maşında gəzdiyi bəlləndi. Eləcə də ER Xİ nazirliyinin mətbuat xidmətinin rəhbəri Robsonun nazir E.Nalbandyanın müşaviri olduğunu təsdiqlədi. E.Nalbandyan öz müşavirindən ABŞ-ı yer üzündən silmək təlimatları alırmış. Məhz bunun üçün də Ermənistanın Xİ naziri bir nömrəli diplomat olmaqla yanaşı həm sərkərdə, həm də kriminal avtoritetin şəyirdi olmaq istəyirmiş.

Erməni mətbuatının yazdığına görə E.Nalbandyanın qaynatası və qaynı RF Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin generallarıdır.

“ATƏT, ABŞ və Aİ Ermənistan XİN başçısının belə davranışına fikir versə tənzimlənmənin mahiyyətindən daha ciddi dəyişikliklər yarada bilərlər. Həm də ABŞ-ın yer üzündən silinməsinin qarşısını ala bilərlər”- deyə, M.Əhmədoğlu qeyd edib.

1news.az

Paylaş:
751

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər