XİN: Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan məmnundur | 1news.az | Xəbərlər
Siyasət

XİN: Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan məmnundur

12:38 - 15 / 01 / 2018
XİN: Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan məmnundur

Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan məmnundur.

1news.az  xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Rusiya-Azərbyacan münasibətləri prezidentlərin və xarici işlər nazirlərinin ən intensiv dialoquna əsaslanır:

"Azərbaycanlı həmkarımla ötən il qarşılıqlı səfərlər etdik. Müntəzəm olaraq iki ölkə arasında humanitar tədbirlər keçirilir. Buna misal olaraq humanitar forumu və digər tədbirlər göstərmək olar. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmi artır. Bu işlər öz axarında gedir. Ona görə də bunların reqlamenti üçün xüsusi sənəd tələb olunmur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə fəaliyyət göstərir. Biz Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıqdan çox məmnunuq".

1news.az  

Paylaş:
731

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər