Vilayət Quliyevə Macarıstanın “Xidmətlərinə görə” ordeni təqdim edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Vilayət Quliyevə Macarıstanın “Xidmətlərinə görə” ordeni təqdim edilib - FOTO

16:33 - 17 / 01 / 2018
Vilayət Quliyevə Macarıstanın “Xidmətlərinə görə” ordeni təqdim edilib - FOTO

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin Macarıstan prezidentinin 27 iyul 2017-ci il tarixli fərmanı ilə təltif edildiyi “Xidmətlərinə görə” ordeninin bu ölkənin Xarici İşlər və Ticarət nazirliyində təqdim olunma mərasimi keçirilib.

1news.az-a səfirlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq açılış nitqi ilə çıxış edən XİN-in Dövlət katibinin müavini Jolt Çutora səfir Vilayət Quliyevin məhz Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlərinə görə bu ordenlə təltif olunduğunu bildirib. J. Çutora Səfir Vilayət Quliyevlə tanışlığının 20 ilə yaxın tarixi olduğunu söyləyərək xatirələrini bölüşüb, Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəçiliyi sistemində xüsusi xidmətləri olmuş, elm və ədəbiyyat sahəsində öz sözünü demiş və yüksək insani keyfiyyətlərə malik belə bir diplomatla, alimlə münasibətlərinin dostluğa çevrilməsindən məmnunluğunu ifadə edib.

Sonra XİN-in Mərkəzi Avropa və Şərq departamentinin direktoru Antal Heizer çıxış edərək, səfir Vilayət Quliyevin Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan geniş bəhs edib və səfirin Macarıstan prezidenti tərəfindən belə yüksək ordenlə təltif edilməsinin bu xidmətlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Departament direktorunun çıxışının ardınca  Macarıstanın “Xidmətlərinə görə” ordeni səfir Vilayət Quliyevə təqdim olunub.

Daha sonra səfir Vilayət Quliyev çıxış edərək, ona göstərilən yüksək etimada görə Macarıstan Prezidentinə, hökumətinə, o cümlədən Xarici İşlər və Ticarət Nazirliyinə öz minnətdarlığını ifadə edib.

İki ölkə arasında əlaqələrin mövcud durumu ilə bağlı fikirlərini bölüşən səfir Vilayət Quliyev son dövrlər münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.  Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü ilin noyabr ayında Macarıstana və Macarıstanın Baş naziri Viktor Orbanın 2016-cı ilin mart ayında Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xüsusi təkan verdiyini qeyd edib.

Hazırda iki dövlət arasında yüksək etimada və siyasi dialoqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan səfir Vilayət Quliyev əlaqələrin inkişaf etdirilməsində Səfirliyin rolundan danışıb və bu istiqamətdə səylərin gələcəkdə daha da artırılacağını vurğulayıb.

Tədbirdə Macarıstan XİN-in rəsmiləri, KİV-in təmsilçiləri və səfirliyin əməkdaşları iştirak edib.

1news.az

Paylaş:
1657

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər