Həsən Məmmədzadə etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Həsən Məmmədzadə etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib

09:45 - 17 / 01 / 2018
Həsən Məmmədzadə etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib

Azərbaycanın Tacikistana yeni təyin olunmuş səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Siracəddin Aslova təqdim edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, təqdimetmə mərasimindən sonra keçirilmiş görüş zamanı H.Məmmədzadə xarici işlər naziri E.Məmmədyarovun salamlarını və xoş arzularını nazir S.Aslova çatdıraraq, iki ölkə prezidentləri arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri sayəsində mövcud olan yüksək səviyyəli siyasi əlaqələrlərlə yanaşı ölkələrimiz arasında iqtisadi-ticarət, turizm və mədəniyyət sahələrində də mövcud olan əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində fəaliyyət göstərilməsinin ona tapşırıldığını qeyd edib. Bu istiqamətdə bütün imkan və bacarığını sərf edəcəyini bildirib.

Xarici işlər naziri S.Aslov səfirin etimadnaməsini qəbul edərək Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu, iqtisadi, turizm, elm və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin səviyyəsinin artırılması üçün hər iki ölkənin geniş imkanlarının mövcudluğunu qeyd edərək səfir qarşısında mühüm vəzifələr durduğunu bildirib. Azərbaycanın yeni səfirinə gələcək fəaliyyətində uğurlar diləyib.

P.Sultanova

Paylaş:
1242

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər