Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri Krakovda görüşəcək

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şhofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.
1news.az bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinə istinadla xəbər verir.
Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.
P.Sultanova
1073