Mübariz Əhmədoğlu: Aİ komissiya yaratmaqla Ermənistanın, yoxsa Azərbaycanın dini faktordan çox istifadə etdiyini müəyyənləşdirə bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Aİ komissiya yaratmaqla Ermənistanın, yoxsa Azərbaycanın dini faktordan çox istifadə etdiyini müəyyənləşdirə bilər

10:04 - 19 / 01 / 2018
Mübariz Əhmədoğlu: Aİ komissiya yaratmaqla Ermənistanın, yoxsa Azərbaycanın dini faktordan çox istifadə etdiyini müəyyənləşdirə bilər

Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinə dini don geydirməkdə ittiham etməsində erməni rəsmilərinin və siyasətçilərinin əsas məqsədi özlərinin bu istiqamətdəki siyasətlərini gizlətməkdir.

Ermənilər xristian faktorundan çoxdan istifadə edirlər:

ı. S.Sərkisyan prezidentliyə hazırlaşdığı dövrdən xristian faktorunu qabardıb. O, ABŞ-da olarkən Ermənistanı «şərqdə xristianlığın ən son qalası» adlandırdı.

ıı. Ermənistanı “xristianlığı qəbul edən ilk dövlət” kimi təqdim etmək indi dövlət siyasətidir və S.Sərkisyan onu ümummilli məsələyə çevirmək istəyir.

ııı. Dinilik mövzusunda beynəlxalq rəy sorğularının əksəriyyətinə görə Ermənistanda əhalinin 90-92 %-i dindardır. Bu III yerə müvafiqdir. Azərbaycan az dinləşmiş ölkələr sırasındadır.

ıv. Ermənistan XİN və digər rəsmilər xarici mətbuata yazılar sifariş verdikdə Ermənistanın və Dağlıq Qarabağın xristian olmasını xüsusi qabardırlar.

  1. Avropada mətbuatın böyük əksəriyyəti Ermənistan və Dağlıq Qarabağ məsələsi haqqında yazılarında xristian məsələsini qabartmağa həvəslidirlər.

vı. Erməni Apostol kilsəsi Azərbaycan ərazisində aparılan işğalçı müharibədə erməni tərəfinin bütün “hərbi qələbələrinə” mütəmadi dəstək bəyanatı yayır.

vıı. Ermənistan diplomatlarının Bütün ermənilərin katoloikosu II Qaregindən xeyir-dua alması ənənəyə çevrilir.

vııı. Bütün ermənilərin katoloikosu II Qaregin prezident S.Sərkisyanı hərbi hissələrə səfəri zamanı onu müşayət edir.

ıx. Aİ diplomatlarının əksəriyyəti də Ermənistanın qərəzli təbliğatının təsiri altına düşüblər.

Azərbaycanda yalnız son iki ildə Dağlıq Qarabağ tənzimlənməsi kontekstində İslam faktoruna diqqət artırılıb. Rəsmi Bakının bu addımı Ermənistanın Dağlıq Qarabağ münaqişəsini diniləşdirməsinə və dini siyasiləşdirməsinə cavab addımıdır.

Ermənistanın dini zəmində Azərbaycana qarşı hücumlarının qarşısını almaq üçün ən səmərəli vasitə bu məsələni Aİ qarşısında qaldırmaqdır. Aİ müvafiq komissiya yaratmaqla Ermənistanın, yoxsa Azərbaycanın dini faktordan çox istifadə etdiyini müəyyənləşdirə bilər.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri

Paylaş:
457

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər