Türkiyənin Azərbaycandakı diplomatik qurumlarında bayraqlar endiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin Azərbaycandakı diplomatik qurumlarında bayraqlar endiriləcək

11:03 - 19 / 01 / 2018
Türkiyənin Azərbaycandakı diplomatik qurumlarında bayraqlar endiriləcək

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizənin dönüş nöqtələrindən birinə çevrilmiş 1990-cı il yanvarın 20-də baş verən qətliam heç vaxt unudulmayacaq.

1news.az  xəbər verir ki,  bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada deyilir.

Açıqlamada vurğulanır: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il bundan əvvəl canlarını bu yolda qurban vermiş şəhidlərimizi hörmətlə anır, qardaş Azərbaycanın bu ağır günündə kədərini paylaşaraq”.

O da vurğulanıb ki, yanvarın 19-dan  20-nə keçən gecə Türkiyənin Azərbaycandakı səfirliyinin, Naxçıvan və Gəncə Baş konsulluqlarındakı bayraqları milli matəm günü ilə əlaqədar yarıya qədər endiriləcək.

P.Sultanova

Paylaş:
794

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər