Binəli Yıldırım: Afrində təxminən 8-10 min terrorçu var | 1news.az | Xəbərlər
Dünya

Binəli Yıldırım: Afrində təxminən 8-10 min terrorçu var

14:23 - 21 / 01 / 2018
Binəli Yıldırım: Afrində təxminən 8-10 min terrorçu var

Türkiyə Suriya 4 istiqamətdə sərhədi boyu 30 kilometr genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq. Afrində təxminən 8-10 min terrorçu var.

1news.az-ın hurriyet-ə istinadla verdiyi xəbərə görə, bunu bu gün Türkiyə Baş naziri Binəli Yıldırım media təmsilçiləri ilə görüşdə bəyan edib.

B.Yıldırım Türkiyə ordusunun dünən başladığı "Zeytun budağı" əməliyyatında da əsas məqsədin Türkiyə sərhədi boyu Suriya ərazisində 30 km genişlikdə təhlükəsizlik zolağı yaratmaq olduğunu bildirib:

“Əməliyyat mərhələli şəkildə həyata keçiriləcək. Azad Suriya Ordusu “fərat Qalxanı” əmiyyatında olduğu kimi, indi də kpnüllü şəkildə buraya qoşularaq ölkələri qorumağa çalışırlar. əməliyyat zamanı həlak olan və yaralanan əsgər yoxdur”.

Xatırladaq ki, yanvarın 20-də saat 17:00-da Türkiyə Suriyada PYD/PKK terror qruplaşmalarının məhv edilməsi istiqamətində “Zeytun budağı” əməliyyatına başlayıb. Türk Ordusu terrorçuların 113 obyektindən 103-nə zərbə endirib.

Türkiyə Afrində genişmiqyaslı əməliyyatlara başlayıb

Türkiyə region ölkələrinin səfirlərini Afrindəki əməliyyat barədə məlumatlandıracaq

S.Xankişiyeva

 

Paylaş:
919

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər