Afrindən Türkiyəyə 3 raket atılıb: 1 ölü, 32 yaralı var
Suriyanın terror təşkilatı YPG-nin işğal altındakı Afrin bölgəsindən Türkiyəyə raket hücumu olub.
1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, Hatayın Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Raketlər Rıfat Bahadırlı küçəsindəki bir evə, Cümhuriyyət küçəsindəi bir iş yerinə və Tayfur Sökmen küçəsinə düşüb.
Reyhanlının bələdiyyə sədri Hüseyn Şanverdi bildirib ki, raket hücumları zamanı bir suriyalı həlak olub, 2-si ağır olmaqla 32 yaralı var.
S.Xankişiyeva
692