Ərdoğan: “Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmini üçündür | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmini üçündür

17:28 - 22 / 01 / 2018
Ərdoğan: “Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmini üçündür

Afrində davam edən “Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmin olunması məqsədi daşıyır.

1news.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan vurğulayıb ki, Suriyanın parçalanması nə Türkiyə, nə İraq, nə də İranın maraqlarına cavab verir:

“Türkiyəyə Suriya əraziləri lazım deyil, amma Ankara Suriyanın şimalında təhlükəsizliyi təmin etməyə məcburdur”.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

1news.az

Paylaş:
833

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər