Azərbaycan və Almaniya XİN-ləri araslnda siyasi məsləhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Almaniya XİN-ləri araslnda siyasi məsləhətləşmələr keçirilib

17:24 - 23 / 01 / 2018
Azərbaycan və Almaniya XİN-ləri araslnda siyasi məsləhətləşmələr keçirilib

Xarici İşlər Nazirliyində Azərbaycan və Almaniya XİN-lərarası növbəti siyasi məsləhətləşmələr keçirilib.

1news.az XİN- mətbuat xidmətinə istinadla xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniyanı isə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke təmsil edib.

X.Xələfov Xarici İşlər Nazirlikləri çərçivəsində siyasi məsləhətləşmələrin daimi əsasda aparılmasının ənənə kimi qəbul edildiyini və bu ənənənin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi və şaxələndirilməsi baxımından faydalı platforma olduğunu bildirdi.

A.Peşke Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin, Ticarət və İnvestisiya Qrupunun səfəri, eləcə də Göthe Mərkəzinin Bakıda nümayəndəliyinin açılmasının əməkdaşlığın müxtəlif səviyyələrdə inkişafının müsbət göstəricisi olduğunu vurğuladı.

X.Xələfov ikitərəfli iqtisadi və mədəni əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək, Azərbaycanın Almaniyanın regionları ilə əlaqələrə də böyük önəm verdiyini, Federal Hökumətin dəstəyi ilə bu sahədə irəliləyiş əldə ediləcəyinə ümidvar olduğunu bildirdi. Həmçinin qarşı tərəflə qeyri-neft sektorunun inkişafı, nəqliyyat və logistika sahəsində birgə investisiya layihələrinin reallaşdırılması, habelə turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, separatçı rejimin nümayəndələrinə Almaniya hökuməti tərəfindən viza verilməməsi ilə bağlı qərarının Almaniyanın münaqişənin həlli prosesinə və Azərbaycanın ərazi bütövlüyünə dəstəyi kimi yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

A.Peşke Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin birmənalı olduğunu, münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında həllini dəstəklədiyini diqqətə çatdırdı. O, Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həllində irəliləyişə nail olunması istiqamətində səylər göstərdiyini də əlavə etdi.

A.Peşke 2018-ci ilin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlamətdar olduğunu bildirərək, bu çərçivədə müxtəlif mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirdi.

Görüşdə, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin cari vəziyyəti, readmissiya, miqrasiya məsələləri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

P.Sultanova

 

 

Paylaş:
579

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər