Rəşad Sadıqovun komandası gürcülərlə heç-heçə etdi | 1news.az | Xəbərlər
Futbol

Rəşad Sadıqovun komandası gürcülərlə heç-heçə etdi

21:34 - 23 / 01 / 2018
Rəşad Sadıqovun komandası gürcülərlə heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət millimiz Antalya toplanışı çərçivəsində bu gün üçüncü yoxlama oyununa çıxıb.

1news.az-ın məlumtına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Belə ki, millimiz avtoqol sayəsində hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.

Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində “Alanyaspor” klubunun U-21 komandasına  qalib (3:1) gəlib, Albaniyanın U-20-nə məğlub  (0:1) olub.

Millimizin start heyəti: 1.Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev

Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın

1news.az

Paylaş:
711

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər