Amerikalı əsgərlər YPG üzvlərinə təlim keçirlər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Amerikalı əsgərlər YPG üzvlərinə təlim keçirlər – FOTO – VİDEO

16:07 - 24 / 01 / 2018
Amerikalı əsgərlər YPG üzvlərinə təlim keçirlər – FOTO – VİDEO

Türkiyənin Suriya ilə sərhədi yaxınlığında təlim keçən YPG üzvlərinin düşərgə görüntüləri əldə olunub.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, YPG üzvlərinin Amerika əsgərləri ilə birlikdə çəkilən görüntüləri yayılıb. 

Kadrlar 2018-ci ilin 20 yanvarında, türk əsgərlərinin Afrinə girdiyi gün çəkilib.

Videoda YPG üzvlərinin amerikalı əsgərlərlə bir-bir salamlaşması və onların qarşısında farağatda dayanması əks olunub.

Görüntülər Amerikanın Səsi saytının kürd dilində olan bölməsində yayımlanıb.

1news.az

Paylaş:
687

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər