Səməd Seyidov Sarkisyanın cavabını verdi | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov Sarkisyanın cavabını verdi

16:28 - 24 / 01 / 2018
Səməd Seyidov Sarkisyanın cavabını verdi

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov assambleyanın qış sessiyasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyana cavab verib.

1news.az xəbər verir ki, S.Seyidov Sarkisyanın yalan məlumat yaydığını bildirib:

“Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı soyqırımından bəhs etmədiniz? Orada uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla ermənilər tərəfindən 600 nəfərdən çox insan öldürülüb. Niyə bu ölümlərdən, etnik təmizləmə barədə danışmadınız?

Burda dezinformasiya verirsiniz.  BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının və digər qurumların  Azərbaycanın ərazilərinin işğalı ilə bağlı qətnamələri var. Siz əgər həmin qətnamələri yerinə yetirmirməyə hazır deyilsinizsə, öz siyasətinizi necə həyata keçirəcəksiniz? Siz bu təşkilatların heç birini  qəbul etməyə hazır deyilsiniz. Bu, Ermənistanın inteqrasiya yoludur?!”.  

Qeyd edək ki, Sarkisyan çıxışı zamanı Azərbaycan əleyhinə yalan məlumatlar səsləndirib. 

P.Sultanova

Paylaş:
842

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər