XİN: Sarkisyan AŞPA-dakı çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışıb | 1news.az | Xəbərlər
Siyasət

XİN: Sarkisyan AŞPA-dakı çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışıb

17:43 - 24 / 01 / 2018
XİN: Sarkisyan AŞPA-dakı çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışıb

Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi “ədalətin defisiti” ilk növbədə Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq Azərbaycanlının etnik təmizləməyə məruz qalması və onların bütün fundamental hüquqlarının pozulmasıdır.

1news.az xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasındakı(AŞPA) çıxışına münasibət bildirərəkən deyib.

H.Hacıyev qeyd edib: “Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin həllinə dair öz üzərinə öhdəliklər götürsə də bunları hələ də yerinə yetirməyib. Avropa Şurası üzv dövlətlər arasında vahid hüquqi məkanın formalaşdırılmasına məsul olduğu halda, Avropa Şurasının üzv dövləti olaraq Ermənistanın digər üzv dövlət olan Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Güc tətbiq edərək digər dövlətin tanınmış sərhədlərini dəyişdirmək və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir.

Ümid etmək istərdik ki, Avropa Şurasının rəhbərliyi bu kimi məsələləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulmuş bütün fundamental hüquqları pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarını Ermənistan rəhbərliyi qarşısında qaldırıb.

Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyi bütün beynəlxalq ictimaiyyətə bəllidir və bu mövqe dəstəklənir. Azərbaycanın mövqeyinin əsasının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı təşkil edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan icması ilə birlikdə Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilər”.

O vurğulayıb ki,  münaqişənin həllində irəliləyişə nail olmaq üçün mərhələli prosesin tərkib hissəsi kimi ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı rayonlardan Ermənistan qoşunları çıxarılmalı, növbəti addımların atılması üçün zəmin yaradılmalıdır. Münaqişənin həllində yeganə mümkün və real həll variantıdır.

Bununla işğala və təcavüzə məruz qalmış tərəf kimi Azərbaycanın etimadı təmin olunmalıdır. 2017-ci ilin avqustunda ATƏT ABŞ-dan olan həmsədri Riçard Hoaqland digər həmsədrlərlə həmrəy şəkildə münaqişənin həlli üzrə atılmalı olan mərhələli addımları açıqladı. Bu günlərdə Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrov tərəfindən də münaqişənin mərhələli həlli barədə açıqlama verildi.

Mürəkkəb xarakter daşıyan Ermənistan-Azərbaycan münaqişəsinin bir sənədlə həll edilməsinə dair Ermənistanın iddiası utopiyadır və münaqişənin həllinə imkan verməmək üçün bəhanədən başqa bir şey deyildir.

Ermənistanın 2016-cı ilin aprelində təmas xətti boyunca mülki insanları ağır silahlardan hədəfə alması bizə Ermənistan prezidentinin şəxsən iştirak etdiyi Xocalı soyqırımının acılarını bir daha xatırlatdı. Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri ilə Ermənistanın mülki insanlara qarşı təxribat və hücumlarının qarşısı alındı.

1988-ci il Sumqayıt hadisələrinin SSRİ rəhbərliyi, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Ermənistan SSR DTK tərəfindən təşkil olunması SSRİ Baş Prokurorluğu tərəfindən aparılan və Azərbaycan Baş Prokurorluğu tərəfindən təkrar icraata götürülən istintaq vasitəsilə təsdiq olunub. Sumqayıt hadisələrinin təşkilatçısı və onu törədən şəxs əslən erməni Eduard Qriqoryan müəmmalı şəkildə Ermənistanda həbsdən azad edilib. Hal-hazırda onun xüsusi himayə altında harada olduğunu Ermənistan rəhbərliyi gözəl bilir.

Sumqayıtda törədilmiş cinayət araşdırıldı və onun iştirakçısı olan şəxslər, o cümlədən azərbaycanlılar ən ağır cəza növü ilə cəzalandırıldılar. Ermənistan ərazisində, işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş heç bir cinayət işi, o cümlədən insanlıq əleyhinə cinayət əməli olan Xocalı soyqırımı araşdırılmayıb.

Avropa Şurası Parlament Assambleyasındakı çıxışı ilə Ermənistan rəhbərliyi yenə də beynəlxalq ictimaiyyəti aldatmağa, Ermənistanda mövcud olan köklü siyasi, iqtisadi və sosial problemlərdən diqqəti yayındırmağa çalışıb.

Ermənistan rəhbərliyi nəhayət başa düşməlidir ki, nə qədər tez münaqişə həll olunarsa, bir qədər də tez Ermənistan əhalisi yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana biləcəkdir".

P.Sultanova

 

 

Paylaş:
834

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər