Bu filmə görə Hindistanda 150-dən çox motosiklet və avtomobil yandırıldı | 1news.az | Xəbərlər
Dünya

Bu filmə görə Hindistanda 150-dən çox motosiklet və avtomobil yandırıldı

18:10 - 24 / 01 / 2018
Bu filmə görə Hindistanda 150-dən çox motosiklet və avtomobil yandırıldı

“Padmavat” tarixi-bədii bollivud dramının əleyhdarları Hindistanın qərbində yerləşən Hucarat ştatının Əhmədabad şəhərində və digər bölgələrdə artıq bir neçə gündür etiraz aksiyası keçirir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, etirazçılar əsasən induist qrupları, həmçinin Racput kastasının nümayəndələridir. Onlar filmdə induist şahzadəsi Padmavatinin uydurma obrazının nümayiş olunduğunu iddia edirlər.

Polis yanğın və digər vandalizm aktlarında iştirak edən 48 etirazçını saxlayıb. Hüquq-mühafizə orqanları onların kinoteatrların yaxınlığında yerləşən ticarət mərkəzlərinin önündə dayanan 150-dən çox motosikleti və avtomobili yandırdığını bildirib.

Asayiş keşikçiləri bütün ölkə ərazisində kinoteatrların yerləşdiyi rayonlarda təhlükəsizlik tədbirlərini gücləndirib. Buna baxmayaraq, bir çox kinoteatrın rəhbəri vandalizm aktından yayınmaq üçün filmin nümayişindən imtina edib.

Hələ ötən il “Racput Karni Sena” qruplaşmasının üzvləri filmin rejissoru Sancaya Bhansaliyə hücum etmiş və çəkiliş meydançalarından birini dağıtmışdılar. Bundan başqa, onlar şahzadə Padmavati rolunun ifaçısı aktrisa Dipiki Padukonun başına 50 milyon rupi mükafat qoyublar.

Qeyd edək ki, “Padmavat” filminin premyerası sabah, yanvarın 25-də baş tutmalıdır.

1news.az

Paylaş:
665

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər