Prezidentin çıxışı Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin çıxışı Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu

18:42 - 24 / 01 / 2018
Prezidentin çıxışı Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu

Bu gün bütün dünyanın diqqəti Davosa yönəlib. Artıq 48-ci dəfədir ki, keçirilən Davos Dünya İqtisadi Forumunda bir çox mühüm məsələlər müzakirə edilir.

Ümumiyyətlə, bu Forum ölkəmiz üçün xüsusi önəm kəsb edir. Çünki Azərbaycan da bu beynəlxalq tədbirdə təmsil olunur. Prezident İlham Əliyev Forum çərçivəsində mühüm görüşlər keçirir, qarşılıqlı faydalı müzakirələr aparılır. Bu görüşlər zamanı ölkəmizin gələcək inkişafı, yeni əməkdaşlıq imkanları ilə bağlı mühüm razılaşmalar əldə edilir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə deyib ki, Davos Forumu çərçivəsində dövlətimizin başçısının “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda səsləndirdiyi fikirləri, “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirakını xüsusi olaraq vurğulamaq lazımdır. Bu Forum bizim üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha doğru şəkildə çatdırılması baxımından böyük önəm daşıyır.

“Ölkəmiz uzun illərdir ki, Davos İqtisadi Forumu ilə uğurla əməkdaşlıq edir. Bu əməkdaşlıq bir sıra sahələri əhatə edir. Azərbaycan həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində regionda və dünyada sülhün və təhlükəsizliyin təminatına mühüm töhfələr verir. Bununla yanaşı, ölkəmiz öz iqtisadi inkişafını təmin etməklə yanaşı, regional və qlobal inkişafa da dəstək verir. Bu reallığı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr də təsdiq edir. Qeyd etdiklərimizin məntiqi nəticəsi olaraq Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Əlbəttə, bu amil bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır”, - deyə o qeyd edib.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, hazırda Azərbaycanın müstəqil siyasət yürütməsi bir sıra dairələrdə qısqanclıq yaradır: “Sözsüz ki, Qərbdə bir sıra qüvvələr ölkəmizin artan nüfuzuna, uğurlu xarici siyasət kursuna mane olmağa cəhdlər göstərirlər, əsası olmayan dezinformasiyalar yayırlar. Lakin bütün bunlar reallıqlara söykənmir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır. Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında aparıcının suallarını cavablandıran Prezident İlham Əliyev bu cür dairələrin əsassız iddialarını ifşa etdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda bütün fundamental azadlıqlar, mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır.”

“İki sahil” qəzetinin baş redaktoru bu cür qərəzli yanaşmaları siyasi motivlərlə əlaqələndirib: “Əgər sənin ölkənin milli maraqları bəzi dairələrin maraqları ilə toqquşursa, o zaman haqsız tənqidlərə, təzyiqlərə məruz qalırsan. Guya Azərbaycanda söz azadlığı, fikir sərbəstliyi yoxdur. Bunların hamısı cəfəngiyatdır. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirir. Azərbaycanda söz və mətbuat azadlığının olmaması barədə uydurmalar Qərbdəki müəyyən siyasi qrupların fəaliyyətinin məhsuludur. Hesab edirəm ki, dövlətimizin başçısının dərin məzmunlu, faktlara əsaslanan bu fikirləri Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu”.

1news.az

Paylaş:
780

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər