Makron: Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılması olduqca vacibdir
“Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılması olduqca vacibdir”.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra jurnalistlərə deyib.
Makron bildirib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır:
"Mən Ermənistan prezidentini əmin etdim ki, Fransa bu münaqişədə özünün tərəfsiz vasitəçilik missiyasına sadiqdir. Biz Rusiya və Amerika ilə birlikdə bu münaqişənin həllinə kömək edə biləcək istənilən təşəbbüsü göstərməyə hazırıq ".
Makron əlavə edib ki, bu, həmçinin iki ölkə arasında qarşılıqlı güzəştlərin təzahürü olmalıdır: "Mən sülhün təbliğatının son dərəcə mürəkkəb olduğunu bilirəm və görüşlərin konkret nəticələr əldə etməsini istəyirəm".
Fransa prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünün, xarici işlər nazirlərininin Karakov danışıqlarının əhəmiyyətli olduğunu vurğulayıb. Makron bu görüşləri müsbət qiymətləndirib.
P.Sultanova