Meksikada dənizdən 240 km aralıda 300 ölü akula tapılıb - FOTO
Meksikada – Miçoakan ştatının avtomobil yolunda, dənizdən 240 km aralıda yerli sakinlər 300 köpəkbalığının leşini aşkarlayıb.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Fox News” məlumat yayıb.
Məlumata görə, bütün köpəkbalıqlarının üzgəcləri kəsilib.
Yerli polisin verdiyi açıqlamaya görə, qaçaqmalçılara aid yük maşını hücuma məruz qalıb. Oğrular maşını qaçırmazdan əvvəl maşında olan köpəkbalığı leşlərini yola boşaldıb.
Meksikada köpəkbalığı üzgəclərinə görə tutulur. Onun üzgəcindən kulinariyada və qeyri-ənənəvi təbabətdə geniş istifadə olunur.
1news.az
970