Azərbaycan Kanadaya nota verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Kanadaya nota verib

17:39 - 25 / 01 / 2018
Azərbaycan Kanadaya nota verib

2 sentyabr 2017-ci il tarixində Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş, bununla da XİN tərəfindən adları “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Kanada parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderlə bağlı Kanadadakı səfirliyimiz bu ölkənin Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota ünvanlayıb.

Bu barədə 1news.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olmuş cavab notasında Kanadanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir daha bəyan edilir. Həmçinin Kanadanın “Dağlıq Qarabağ Respublikası” və ya onu təmsil edən “rəsmiləri” tanımadığı bildirilir və Kanada hökumətinin münaqişənin ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi vurğulanır.

Bu xüsusda, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş Kanada Parlamentinin iki üzvünün Kanada hökuməti adından səfər etmədiyi və Kanada hökumətinin bu plan barəsində öncədən xəbərdar edilmədiyi bildirilir. Notada həmçinin Kanadanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarına girişlə bağlı Azərbaycanın siyasətindən məlumatlı olduğu, bu səbəbdən öz vətəndaşlarını işğal edilmiş ərazilərə səfərlərdən çəkinməyə çağırdığı və Azərbaycan hökumətinin razılığı olmadan bu kimi səfərlərin Azərbaycan Respublikasının qanunlarına əsasən qeyri-qanuni olduğu qeyd olunur. 

P.Sultanova

 

 

Paylaş:
793

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər