Yapon dənizində itkin düşən azərbaycanlılar Rusiya vətəndaşıdır - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Yapon dənizində itkin düşən azərbaycanlılar Rusiya vətəndaşıdır - YENİLƏNİB

11:45 - 25 / 01 / 2018
Yapon dənizində itkin düşən azərbaycanlılar Rusiya vətəndaşıdır - YENİLƏNİB

Yapon dənizində itkin düşən Rusiyanın "Vostok" balıqçı gəmisindəki azərbaycanlıların hər ikisi Rusiya vətəndaşıdır.

1news.az  APA-ya istinadla xəbər verir ki, bu barədə Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimov bildirib. Onun sözlərinə görə, Mübariz Hüseynov Salyan, Ruslan Əlizadə isə Kürdəmir rayonundandır. 
 
İcma nümayəndəsi hazırda Saxalin vilayətində hava şəraitinin çox pis olduğunu söyləyib.

1news.az  

10:40

Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisindəki ekipaj üzvlərinin adları məlum olub.

1news.az “PrimaMedia.ru”-ya istinadən xəbər verir ki, onlar arasında iki azərbaycanlının olması ehtimalı var. Həmin şəxslər  Ruslan Əlizadə (1991) və Mübariz Hüseynovdur (1972). 

Xatırladaq ki, ümumilikdə gəmidə 21 nəfər itkin düşüb.

Saxalində balıqçı gəmisinin itməsi ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinini 236-cı maddəsinin 3-cü bəndi üzrə (Dəniz nəqliyyatının hərəkəti və istismarı üzrə təhlükəsizlik qaydalarının pozulması - ehtiyatsızlıqdan 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) cinayət işi açılıb.

"Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub. Yanvarın 24-ü gecə qəza siqnalından sonra gəmi ilə əlaqə kəsilib. Axtarışlar davam edir.

P.Sultanova

Paylaş:
632

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər