Türkiyə ordusunun yeni uğuru: Afrindəki strateji əhəmiyyətli dağ terrorçulardan təmizlənib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ordusunun yeni uğuru: Afrindəki strateji əhəmiyyətli dağ terrorçulardan təmizlənib

16:14 - 28 / 01 / 2018
Türkiyə ordusunun yeni uğuru: Afrindəki strateji əhəmiyyətli dağ terrorçulardan təmizlənib

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yerləşən və strateji əhəmiyyət daşayan Burseya dağını PKK terrorçularından təmizləyib.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə,Türkiyə Silahlı Qüvvələri və müxalif Azad Suriya Ordusu (ASO) bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayıb.

Terrorçular Türkiyənin Burseya dağı ilə sərhəddə yerləşən Kilis vilayət mərkəzinə, həmçinin ASO-nun nəzarət etdiyi Suriyanın Azez şəhərindəki mülki şəxsləri raket hücumları ilə hədəfə alır.

Hazırda terrorçulara aid hədəflər havadan və qurudan atəşə tutulur. Terrorçuların atəş nöqtələri tank və top atəşinə məruz qalır.

S.Xankişiyeva

 

 

 

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər