Hindistanda sərnişin avtobusu çaya düşüb, 36 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Hindistanda sərnişin avtobusu çaya düşüb, 36 nəfər ölüb

21:29 - 29 / 01 / 2018
Hindistanda sərnişin avtobusu çaya düşüb, 36 nəfər ölüb

Hindistanın şimal-şərq bölgəsində sərnişin avtobusu çaya düşüb.

1news.az xəbər verir ki, qəza nəticəsində ikisi uşaq olmaqla 36 nəfər ölüb.

Karimpur-Malda marşrutu üzrə hərəkət edən avtobusda 56 nəfər olub. İlkin ehtimala görə, qəzaya səbəb qeyri-sabit hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır. 

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər