Meksika səfiri nazirlə əməkdaşlıq imkanlarını müzakirə edib
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşüb.
1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsindəki əməkdaşlıq əlaqələrinin gücləndirlməsi müzakirə edilib.
Nazir nəqliyyat sektorunda yeniliklər və həyata keçirilmiş son layihələr haqda ümumi panoramaya nəzər saldı, eyni zamanda, onların tək ölkə üçün deyil, bütün region üçün əhəmiyyətli olduğunu qeyd etdi. Bundan əlavə, kosmik və İKT sahələrində əldə olunan nailiyyətləri vurğuladı.
Səfir Labardini, öz növbəsində, Meksikada rabitə və yüksək texnologiyaların inkişafı, eyni zamanda, nəqliyyatın müasirləşmiş şəbəkəsindən danışdı. Bu baxımdan, iki okeana – Sakit və Atlantik okeanlarına – çıxısı olduğu üçün Meksikanın dəzin limanlarının əhəmiyyətini qeyd etdi. Vurğuladı ki, Meksika liman sisteminin məqsədi illik 260 milyon tondan 520 milyon tondan artıq olan rəqəmə keçmək üçün əməliyyat qabiliyyətini ikiqat artırmaqdır. Həmçinin deyildi ki, Meksikada Verakruz və Altamira limanları ilə Meksika körfəzi liman sistemi və Manzaniyo və Lazaro Kardenas limanları ilə Sakit okean liman sistemləri kimi ən yüksək səviyyəli liman qurğuları mövcuddur. Bununla əlaqədar məlumat verildi ki, yeni Verakruz limanının tikintisi ilə hazırkı limanda mövcud 22 milyon ton əməliyyat qabiliyyəti beşqat artacaq və yeni limanın göstəricisi 98 milyon ton təşkil edəcək.
Tərəflər, həmçinin, hər iki ölkədə internet istifadəsi və hava əlaqəsi haqqında söhbət etdilər. Sonda bu istiqamətdə ikitərəfli əməkdaşlığı möhkəmləndirmək üçün hüquqi bazanın genişlənməsi zəruriyyətini qeyd etdilər.
P.Sultanova