Makron münaqişənin həllindən sonra Qarabağa səfər edəcəyinə söz verib
Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ ünaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək.
1news.az “news.am”a istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Fransanın erməni təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində deyib.
Əlaqələndimə Şurasının həmsədrləri tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərə dəvət olunan deyib:
“Fransa kompromislərin tərəfdarıdır. Status-kvo problemin həlli deyil. Bir gün bu səfərinin gerçəkləşəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyimə ümid edirəm”.
P.Sultanova
732