Elmar Məmmədyarov Türkmənistana gedib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Türkmənistana gedib

09:57 - 31 / 01 / 2018
Elmar Məmmədyarov Türkmənistana gedib

Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Türkmənistana rəsmi səfərə yola düşüb.

1news.az-ın məlumatına görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.

Xatırladaq ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2-3 aprel 2014-cü ildə ölkəmizdə rəsmi səfərdə olub. 

18-19 iyul 2017-ci il tarixində isə R. Meredov Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib. 

1news.az

Paylaş:
745

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər