Bakıda Qoşulmama Hərəkatı XİN rəhbərlərinin konfransı keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Qoşulmama Hərəkatı XİN rəhbərlərinin konfransı keçiriləcək

17:42 - 01 / 02 / 2018
Bakıda Qoşulmama Hərəkatı XİN rəhbərlərinin konfransı keçiriləcək

Aprelin 5-6-da Bakıda  “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı xarici işlər nazirlərinin konfransı keçiriləcək.

1news.az  XİN-ə istinadən xəbər verir ki,  nazirlər konfransına hazırlıq məqsədilə 3-4 apreldə yüksək vəzifəli məmurlar səviyyəsində iclas olacaq.

Konfransda Qoşulmama hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.

2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama hərəkatının sədri olacaq.

Qoşulmama hərəkatının 5-6 aprel tarixlərində Bakıda keçiriləcək aralıq nazirlər toplantısı ilə əlaqədar www.nambaku.org ünvanda xüsusi internet saytı yaradılıb.

1news.az

 

Paylaş:
838

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər