Mişel Obama ilk dəfə Melaniyanın hədiyyəsi barədə danışıb
Mişel Obama 2017-ci ildə prezident Donald Trampın andimə mərasimindən əvvəl birinci xanım Melaniya Trampın ona bağışladığı Tiffany-dən olan hədiyyə barədə danışıb.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, xanım Obama qutuda çox gözəl bir çərçivənin olduğunu deyib.
Keçmiş birinci xanım, həmçinin hədiyyənin təqdimatının andiçmənin protokolunu pozduğunu və xoşagəlməz bir vəziyyət yaratdığını bildirib:
"Bütün qaydalar protokolda var. Dövlət səfərlərində olduğu kimi. Sənə nə edəcəyini və harada dayanacağını söyləyirlər. Hədiyyələrin təqdimatı heç vaxt olmayıb, mən o anda fikirləşdim ki, bu hədiyyə ilə nə etmək lazımdır?".
Mişel Obama onu bu vəziyyətdən həyat yoldaşının xilas etdiyini vurğulayıb: "Barak Obama hədiyyəni alıb və qapı arxasında duran kimsə təhvil verdi".
1news.az