XİN rəhbəri Azərbaycan səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri Azərbaycan səfirini qəbul edib

11:14 - 01 / 02 / 2018
XİN rəhbəri Azərbaycan səfirini qəbul edib

Səudiyyə Ərəbistanının xarici İşlər naziri Adil Əl-Cubeyr Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevi diplomatik missiyasının başa çatmas; münasibətilə qəbul edib.

1news.az  Səudiyyə Ərəbistanı mətbuatına istinadla xəbər verir ki, xarici işlər naziri səfirə ikitərəfli münasibətlərin və  ölkələr  arasında əməkdaşlığın gücləndirilməsində göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanvarın 29-da Rasim Rzayevin Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəməndə, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

P.Sultanova

Paylaş:
598

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər