Həmsədrlər Dağlıq Qarabağa səfər edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər Dağlıq Qarabağa səfər edəcəklər

15:23 - 02 / 02 / 2018
Həmsədrlər Dağlıq Qarabağa səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri 8-9 fevral tarixlərində Ermənistana səfər edəcəklər.

1news.az xəbər verir ki, bu barədə “aysor.am”  Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayana istinadla məlumat yayıb. 

Məlumata görə, vasitəçilər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də səfər edəcəklər.

Xatırladaq ki, həmsədrlərin regiona səfəri fevralın 6-da Azərbaycandan başlayacaq.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  daha əvvəl bildirib ki, həmsədrlər Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun  fevralın 7-də Bakıda rəsmi görüşlər keçirmələri planlaşdırılıb.

Səfərdə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

P.Sultanova

Paylaş:
598

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər