Azərbaycan və Hindistan arasında mülki aviasiya sahəsində əməkdaşlıq müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Hindistan arasında mülki aviasiya sahəsində əməkdaşlıq müzakirə edilib

15:34 - 02 / 02 / 2018
Azərbaycan və Hindistan arasında mülki aviasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovla görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, S.Rana görüşdə Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi və sosial sahələrdə münasibətlərin inkişafından məmnunluğunu bildirib.

Səfirin sözlərinə görə, mülki aviasiyası iki ölkənin iqtisadi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynayır. Diplomat, həmçinin Hindistan və Azərbaycanın turizm potensialının böyük perspektivlərini qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycan Hindistanın sahibkarları üçün də böyük maraq kəsb edir. Bununla əlaqədar olaraq, Hindistanın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. 

Öz növbəsində, Cahangir Əsgərov Azərbaycanın son illərdə mülki aviasiya sahəsində əldə etdiyi böyük uğurlardan danışaraq, 2017-ci ilin yekunlarına əsasən Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının rekord səviyyədə artdığını qeyd edib. Ötən ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards”un versiyasına əsasən, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.

AZAL-ın donanmasında müasir hava gəmilərinin olduğunu vurğulayan Cahangir Əsgərov bildirib ki, bu il aviaşirkətin təyyarə parkına ən yeni “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq ki, bu da uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycanın daha çox tələb olunan istiqamətlərə reyslər yerinə yetirən ilk loukosteri “Buta Airways” aviaşirkəti ötən ilin sentyabr ayından etibarən uçuşlara başlayıb. Bu il aviaşirkətin hava gəmiləri parkına yeni “Embraer 190” təyyarələrinin əlavə olunacağı gözlənilir.

AZAL QSC-nin prezidenti qeyd edib ki, hazırda “Silk Way Airlines” yük aviaşirkəti 60-dan çox ölkəyə uçuşlar yerinə yetirərək, Heydər Əliyev Beynəlxalq Aeroportunu yük habına çevirib.

Görüşün yekunlarına əsasən sərnişin və yük aviadaşımaları, həmçinin logistika sahəsində münasibətlərin gələcək inkişafında tərəflərin qarşılıqlı marağı qeyd olunub.

P.Sultanova

Paylaş:
733

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər