Sarkisyanın kabinetində bit və siçovul əmələ gəlib
Ermənistan prezidentinin iqamətgahında bit və gəmiricilər əmələ gəlib. Buna görə də Prezident Administrasiyasının onlarla mübarizəyə ehtiyacı var.
Gəmiricilərlə mübarizə xidmətinin təşkili üçün Prezident Aparatı tender elan edib. Yanvarda ətraf mühitdə tullantıların zərərsizləşdirilməsi ilə bağlı müqavilə də imzalanıb.
1news.az-ın Armiya.az istinadla verdiyi xəbərə görə, bu barədə “Qraparak” qəzeti yazıb:
“Qısacası xidmət – mexaniki (siçan tələsi) və kimyəvi (Ermənistanda izacə verilən romodialon, brodifakum və s. zəhərli kimyəvi maddələr) kimyəvi maddələr vasitələrlə mübarizənin təşkilidir. Gəmiricilərin zərərsizləşdirilməsi təşkilatın işçi qüvvəsi və vasitələri ilə aparılmalıdır.
Yəni Prezidenti Administrasiyasının əməkdaşları gəmiriciləri tutmaq işilə məşğul olmayacaq. Bu işi onlar üçün “İrəvanın profilaktik dezinfeksiya” QSC-si həyata keçirəcək. Buna görə də QSC-yə 440 min dram ödəniləcək. Bit, gəmiricilər və onlarla mübarizə dövlətə baha başa gəlir”.
Yazılanlar sosial şəbəkələrin erməni istifadəçiləri tərəfindən belə gülüş obyektinə çevrilib:
“İqamətgahda necə pintilik etmək olar ki, orada siçovul əmələ gəlsin?! – Serqey Ambarsumov.
S.Xankişiyeva