Məmmədyarov və Lavrov Qarabağ münaqişəsini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov və Lavrov Qarabağ münaqişəsini müzakirə edib

11:24 - 02 / 02 / 2018
Məmmədyarov və Lavrov Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrov arasında telefon danışığı zamanı  Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə 1news.az-a  XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, nazirlər həmçinin, telefon danışığı əsnasında regional və beynəlxalq gündəliyə aid mövzuları, o cümlədən Xəzər dənizinin hüquqi statusu  və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

P.Sultanova

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər