Minsk qrupu həmsədrlərinin Azərbaycana səfərinin tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Minsk qrupu həmsədrlərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

11:35 - 02 / 02 / 2018
Minsk qrupu həmsədrlərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər.

Bu barədə 1news.az-a  XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, həmsədrlər Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun  fevralın 7-də Bakıda rəsmi görüşlər keçirmələri planlaşdırılıb.

Səfərdə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

P.Sultanova

 

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər