Tərəfdaş agentliklər Yonhap-a Qış Olimpiya Oyunları ilə bağlı təbrik məktubları ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Tərəfdaş agentliklər Yonhap-a Qış Olimpiya Oyunları ilə bağlı təbrik məktubları ünvanlayıb

12:00 - 02 / 02 / 2018
Tərəfdaş agentliklər Yonhap-a Qış Olimpiya Oyunları ilə bağlı təbrik məktubları ünvanlayıb

Xarici ölkələrin xəbər agentliklərinin rəhbərləri “Pxençan-2018” Qış Olimpiya Oyunları ilə bağlı Koreya Respublikasının Yonhap agentliyinə təbrik məktubları ünvanlayıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Yonhap agentliyi məlumat yayıb. Agentlik bildirir ki, “Pxençan-2018” Olimpiadasını işıqlandırmaq üçün təsis edilən və müxtəlif ölkələrdən 54 xəbər agentliyini özündə birləşdirən PNN (Pyeongchang News Servise Network) platformasına qoşulan agentliklərin rəhbərləri Olimpiya Oyunları ilə bağlı səmimi arzularını dilə gətiriblər.

Dünya Xəbər Agentlikləri Konqresinə, habelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov təbrik məktubunda Olimpiya Oyunları kimi möhtəşəm idman tədbirinin işıqlandırılmasında koreyalı həmkarlarına uğurlar arzulayıb. Əmin olduğunu bildirib ki, Yonhap-ın peşəkar kollektivi bu işin öhdəsindən yüksək səviyyədə gələcək.

Xəbərdə Qış Olimpiya Oyunları ilə əlaqədar İtaliyanın ANSA agentliyinin baş direktoru Cüzeppe Çerbone, Yaponiyanın Kyodo agentliyinin prezidenti Masaki Fukuyama, Slovakiyanın TASR agentliyinin baş direktoru Vladimir Puçala, İordaniyanın Petra agentliyinin rəhbəri Feysəl əş-Şbul, həmçinin Qətər, Kipr, BelTA, İİNA və Sudan agentlikləri tərəfindən də təbrik məktubları göndərildiyi qeyd olunur.

Təbrik məktubları haqqında Yonhap agentliyinin televiziyasında -“Yonhapnews TV”də süjet yayımlanıb. Süjetdə AZƏRTAC-ın baş direktorunun videotəbriki də yer alıb.

Qeyd edək ki, AZƏRTAC və Yonhap Dünya Xəbər Agentlikləri Konqresi və OANA çərçivəsində, həmçinin ikitərəfli formatda yüksək səviyyəli əlaqələr qurub. On ildir əməkdaşlıq edən iki agentlik OANA İcraiyyə Komitəsinin 2015-ci ildə Seulda keçirilmiş 39-cu iclası çərçivəsində yeni tərəfdaşlıq Sazişi imzalayıb.

1news.az

Paylaş:
794

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər