Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək

13:29 - 05 / 02 / 2018
Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Pakistanla Azərbaycan əməkdaşlığında hərbi sahə prioritet təşkil edir. Ötən il 10 təlim təyyarəsinin satışı ilə bağlı razılaşma əldə olunub.

1news.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.Onun sözlərinə görə, ötən il Pakistanın yüksək səviyyəli hərbçiləri Azərbaycana səfər ediblər.

“Pakistanın hər zaman Azərbaycana dəstək verib və verməkdə davam edəcək”- deyə, səfir vurğulayıb.

Səid Xan Mohmand Pakistanla Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçiriləcəyini də diqqətə çatdırıb. Bildirib ki, məsləhətləşmələr 27-28 fevralda Bakıda keçiriləcək.

Pakistanı görüşdə XİN rəhbərinin müavini Ehtizaz Əhmədin rəhbərlik edəcəyi nümayəndə heyəti təmsil edəcək.

P.Sultanova

Paylaş:
608

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər