“Foro Qlobal” verilişinin buraxılışı Azərbaycana həsr olunub | 1news.az | Xəbərlər
Siyasət

“Foro Qlobal” verilişinin buraxılışı Azərbaycana həsr olunub

15:10 - 05 / 02 / 2018
“Foro Qlobal” verilişinin buraxılışı Azərbaycana həsr olunub

Meksikanın ən nüfuzlu televiziya kanallarından olan Foro TV-nin efirində beynəlxalq münasibətlərlə bağlı mövzuda olan və Meksikada milyonlarla hesablanan auditoriyaya malik olan “Foro Qlobal” (Qlobal Forum) verilişinin cümə günü buraxılışı Azərbaycana həsr olunub.

1news.az-a Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə,  veriliş zamanı tanınmış aparıcı Cenaro Lozano studiyaya dəvət olunmuş səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbovdan müsahibə alıb.

Azərbaycanın yenidən müstəqilliyinin bərpa edilməsi və həmin dövr barədə aparıcının suallarını cavablandıran nümayəndəmiz Azərbaycan xalqının bir qədər bundan öncə “Qara Yanvar” hadisələrində qəddar və amansız Sovet diktaturasına qarşı müstəqillik uğrunda mübarizə apararkən həyatlarını qurban vermiş bacı və qardaşlarının xatirəsini andığını qeyd etdi. Ölkəmizin müstəqilliyini bərpa etdikdən dərhal sonra bir çox çətinliklər və xarici təcavüzlə üzləşdiyini dedi. O, bu gün gördüyümüz və qürur duyduğumuz və gündən günə daha da qüdrətlənən ölkəmizin müasir Azərbaycanın banisi olan ümummilli lider Heydər Əliyevdən başlandığını bildirib.

Azərbaycanın dünyəvi dövlət olması barədə suala cavab verən diplomat  Azərbaycan xalqının tarixən proqressivliyi ilə seçildiyini və dünya tarixində Müsəlman Şərqin ilk demokratik dünyəvi respublikasının məhz burada yarandığını, heç bir ayrı seçkilik olmadan bu dövlətin bütün vətəndaşlarının bərabər olduğunu deyib.  Bu il Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illiyini qeyd etdiyini bildirib. Bu dövlətin sadəcə 23 ay mövcud olmasına baxmayaraq, qeyd olunmuş bütün bu məqamlara görə onun dünya tarixində böyük iz qoyduğunu deyib.

Bu gün də Azərbaycanın öz tolerantlığı ilə bütün dünyada tanındığını, bir çoxlarının, o cümlədən Roma Papası Fransisk tərəfindən ölkəmizin dini tolerantlıq üzrə bütün dünya üçün nümunə adlandırıldığını ifadə edib. Ölkəmizin müxtəlif mədəniyyət və dinlərin bir yerdə yüzillərdə heç bir ayrıseçkiliyə məruz qalmadan yaşamasını qeyd edən diplomat ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqəti və ardıcıl siyasəti nəticəsində ölkəmizin multikulturalizm və mədəniyyətlərarası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi” Ümumdünya Mədəniyyətlərarası Forumun bu il onillik yubileyinin qeyd olunduğunu və bu təşəbbüsün Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqa töhfəsinin nümunələrindən biri olduğunu bildirib.

Eyni zamanda o, Bakıda Formula 1, İlk Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı tədbirlərin böyük uğurla keçirildiyini və hazırda “EKSPO 2025” Dünya sərgisinə ev sahibliyinə Bakının namizədliyinin təqdim edildiyi barədə məlumat verib.

Bundan sonra M.Talıbov Meksika auditoriyasına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən məlumat verərək bu münaqişənin əsasında Ermənistanın ölkəmizə qarşı ərazi iddiası və hərbi təcavüzünün olduğunu deyib. 20% torpaqlarımızın, o cümlədən Dağlıq Qarabağ və digər yeddi regionun Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğunu, münaqişədən əvvəl Ermənistanda yaşayan iki yüz min azərbaycanlının və işğal olunmuş ərazilərdən səkkiz yüz min həmvətənlimizin öz doğma yurdlarından qovularaq etnik təmizləməyə məruz qaldığını deyib. Münaqişə ilə bağlı 1993-cü ildə qəbul olunmuş BMT TŞ dörd qətnaməsinin Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməsinə baxmayaraq rəsmi Yerevanın təəssüf ki, indiyədək buna məhəl qoymadığını bildirdi.  

Verilişin aparıcısı C.Lozano üç Meksika deputatının 2017-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinin Meksikada böyük qalmaqala səbəb olduğunu xatırladaraq məsələyə dair fikir bildirməyi xahiş esib. Diplomat bu hadisənin açıq aydın Ermənistan hökumətinin növbəti təxribatı olduğunu bildirərək rəsmi Yerevanın burada iki əsas məqsəd güddüyünü bildirdi. Onların biri Azərbaycanın işğal olunmuş ərazilərində yaranmış qondarma marionet rejiminə guya Meksika tərəfindən dəstəyin verilməsi imicini yaratmağa çalışmaq və ikincisi Meksika ilə Azərbaycan arasında inkişaf edən əlaqələrə zərər vurmaq. Bildirilib ki, göründüyü kimi Ermənistan Hökumətinin bu həmləsi də boşa çıxıb.

O,  Azərbaycan ilə Meksika arasında əlaqələrin inkişafından danışaraq iki ölkənin Bakı və Mexikoda səfirliklərinin fəaliyyət göstərdiyini, iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirildiyini, mədəniyyət, təhsil, parlamentlərarası əlaqələr və digər sahələrdə səmərəli əməkdaşlığı qeyd etdi. İldən ilə Meksika və Azərbaycana arasında səfər iki ölkə vətəndaşlarının sayının artdığını deyən diplomat Meksika gənclərini Azərbaycanda təhsil almaq imkanları barədə düşünməyə çağırıb. O, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında Prezident Sərəncamı barədə məlumat verib.

C.Lozano Azərbaycan cəmiyyətində Birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi, çoxları üçün nümunə olan məşhur şəxsiyyətin olduğunu qeyd edərək Azərbaycanda qadının rolu ilə maraqlandı. Səfirliyimizin müvəqqəti işlər vəkili, Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara bərabər hüquq verən ilk ölkələrdən olduğunu dedi və Azərbaycan qadınlarının ölkə həyatında bütün sahələrində mühüm rolundan danışdı. O, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, “Heydər Əliyev” Fondunun Prezidenti, YUNESKO və İSESKO xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uzun illər səmərəli fəaliyyətini qeyd edərək, onun rəhbərliyi altında Azərbaycan və həmçinin ölkəmizdən xaricdə bir çox sahədə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və s., çoxsaylı layihələrin böyük uğurla həyata keçirildiyini bildirdi. Xanım Mehriban Əliyevanın humanizm və qayğı, xeyirxahlıq, ümid və mərhəmət kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə Azərbaycan qadını və ölkəmizin hüdudundan kənarda çoxları üçün nümunə olduğunu vurğuladı.

Sonda C.Lozanonun verilişin çoxsaylı auditoriyasına oxumaq üçün bir kitabın məsləhət edilməsi barədə xahişinə cavab olaraq Azərbaycan diplomatı Qurban Səidin “Əli və Nino” novellasını oxumağı tövsiyə etdi. Kitab barədə danışaraq o, oxucunun burada Əli və Ninonun həyatının dramatik əhvalatı ilə yanaşı həmin dövrdə Azərbaycan xalqının Müsəlman Şərqin ilk demokratiyasını yaradarkən üzləşdiyi çətinliklərlə, o zaman regionda cərəyan edən proseslərlə tanış ola biləcəyini deyib.  

1news.az  

 

Paylaş:
698

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər