Putinin namizədliyi qeydə alınıb | 1news.az | Xəbərlər
Dünya

Putinin namizədliyi qeydə alınıb

13:02 - 06 / 02 / 2018
Putinin namizədliyi qeydə alınıb

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin hazırkı prezidenti Vladimir Putinin gələn ay keçiriləcək prezident seçkiləri üçün namizədliyini qeydiyyatdan keçirib.

1news.az   xəbər verir ki, bu barədə Rusiya MSK-nın müvafiq qərarında deyilir.

V.Putinin namizədliyi hakim "Vahid Rusiya" partiyası tərəfindən irəli sürülmüşdü.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 18-də keçiriləcək.

1news.az   

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər